Qadın Tennis Assosiasiyası (WTA) noyabrın 2-dən 9-dək Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Final turniri zamanı tribunaların yarıdan çoxunun boş olmasına izah verib.
“Səudiyyə Ərəbistanında iş həftəsinin bazar günü başladığını nəzərə alsaq, biz tamaşaçı sayının azalacağını, lakin həftə sonu yaxınlaşdıqca isə rəqəmlərin artacağını gözləyirik”, – deyə WTA-nın mətbuat katibi bildirib.
Xatırladaq ki, oyunlardan birində tribunalarda cəmi 400 azarkeş olub.