Hindistan şahmatçısı Aniş Sarkar FİDE reytinqinə düşən ən gənc oyunçu olub. O, 3 yaş 8 ay 19 günlüyündə beynəlxalq reytinqdə yer alıb.

Körpə şahmatçı 2021-ci ilin 26 yanvarında anadan olub. Sarkarın hazırkı reytinqi 1555-ə  bərabərdir.

Bu rekordun əvvəlki sahibi 2023-cü ildə 5 yaşında FİDE reytinqinin ən gənc iştirakçısı olan digər hind şahmatçısı Tejasa Tivari idi.

Beynəlxalq Şahmat Federasiyasının qaydalarına görə, oyunçu 26 ay ərzində reytinqli şahmatçılarla ən azı 5 oyunda iştirak etməli və 1/2 xal qazanmalıdır.

3 yaşlı Aniş Sarkar ilk klassik turnirində 8 xaldan 5,5 toplayaraq 24-cü yeri tutub.

Shares: