“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu mövsüm klubdakı problemlərdən danışıb.
“Cəmi bir matçda məğlub olmuşuq. Yenə də uduza bilərik, hazırda lider komanda olan “Liverpul”dan cəmi iki xal geriyik.
Çempionlar Liqasına yaxşı başlamışıq, amma bilirəm ki, insanlar bizdən liqanın 38 turunda qalib gələcəyimizi və hər mövsüm trebl qazanacağımızı gözləyir. Bunu çətinləşdirən əsas səbəb zədələrin çoxluğudur.
Bəzən trebl qazanmaq üçün zədələrdən xilas olmalısan. İndi vəziyyət tam fərqlidir. Oskar Bobb mövsümöncəsi oyunlarda bizim ən vacib futbolçumuz idi, indi isə zədəlidir. Rodri dünyanın ən yaxşı oyunçularından biridir, onsuz çətin anlar yaşayacağıq. Bundan sonra getdikcə işimiz daha da çətinləşəcək”, – deyə Qvardiola “Sky Sports”a müsahibəsində bildirib.
Hazırda “Mançester Siti” Premyer Liqada “Liverpul”dan 2 xal geri qalaraq ikinci pillədədir.