Şahin Diniyevin “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra istefası “Səbail”də bu vəzifənin boş qalmasına səbəb olub.
Hazırda bu posta bir neçə namizədin adı çəkilir. Onlardan biri də Azərbaycan U-21 yığması ilə yollarını ayıran Samir Əliyevdir. Vaxtilə bu klubda işləmiş sabiq hücumçunun dönüşü barədə xəbərlər var.
Amma Samir bəy “Futbolinfo”ya açıqlamasında deyilənləri təkzib etdi. Tanınan məşqçi “Səbail” tərəfilə heç bir danışıq aparmadığını, bu haqda xəbərləri də yalnız mediadan oxuduğunu bildirdi.
GÜNAY SÜLEYMANOVA