“Karvan” l Liqanın 7-ci turu çərçivəsində doğma azarkeşlər önündə “Cəbrayıl” ilə qarşılacaq. İnamla turnir cədvəlinə başçılıq edən Yevlax təmsilçi bu matçda da qələbəni hədəfləyib.

“Ağ-qaralar”ın baş məşqçisi Kənan Kərimov futbolinfo.az saytına açıqlamasında qarşıdakı oyuna ciddi hazırlaşdıqlarını, əsas məqsədlərinin meydandan 3 xalla ayrılmaq olduğunu bildirib: “Bizi qarşıda “Cəbrayıl” klubu ilə çətin oyun gözləyir. Kimliyindən asılı olmayaraq, bütün rəqiblərimizə eyni düşüncə tərziylə yanaşırıq, aralarında fərq qoymuruq. “Cəbrayıl”la oyunda da belə olacaq. Oyuna hazırlığımız davam edir. Futbolçular məşq prosesində verdiyimiz tapşırıqları layiqincə yerinə yetirirlər.Doğma azarkeşlərimiz önündə keçirəcəyimiz oyunda komandamdan uğurlu nəticə gözləyirəm. Düşünürəm ki, uğurlu seriyanı davam etdirəcəyik. Məqsədimiz zirvədəki yerimizi qorumaqdır”.

Qeyd edək ki, “Karvan” – “Cəbrayıl” oyunu noyabrın 7-də, saat 14:30 da start götürəcək.

Shares: