Azərbaycan Kubokunun II təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Karvan” oyunundan sonra xoşagəlməz hadisə baş verib.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma bitdikdən sonra “Karvan”ın futbolçusu Kənan Quliyev stadionun infrastrukturuna zərər yetirib.

Bu davranışına görə, o, 1 oyunluq cəzalanıb, Yevlax təmsilçisini 100 manat ziyana salıb. Stadionun infrastrukturuna vurulmuş zərərin isə “Karvan” klubu tərəfindən ödənilməsi qərara alınıb.

Qeyd edək ki, “Qaradağ Lökbatan” – “Karvan” meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: