Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, Əvəzedicilər Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Qarabağ-2” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Qarabağ-2” oyununun 90+3-cü dəqiqəsində “Qarabağ-2” komandasının 77 nömrəli futbolçusu Nihat Mehralıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qarabağ-2” komandası 50 manat cərimə edilib.
“Zirə-2” – “Şamaxı-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz-2” komandası 50 manat cərimə edilib.
“Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Kəpəz-2” komandasının baş məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb, “Kəpəz-2” komandası 400 manat cərimə edilib.