İngiltərənin “Arsenal” klubunun futbolçusu Martin Edeqor zədəsini sağaldıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi komanda ilə məşqlərə start verib.
Norveçli oyunçu İtaliyada “İnter”ə qarşı keçirəcəkləri Çempionlar Liqası matçında iştirak edə bilər.
“İnter” -“Arsenal” görüşü noyabrın 6-da keçiriləcək. Martin Edeqor sentyabrda Norveç yığmasının heyətində zədələnmişdi.