Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk gündə 9 oyun baş tutub.
“Real” doğma meydanda “Milan”a uduzub. İtaliyanın digər təmsilçisi “Yuventus” Fransada “Lill”in qonağı olub. Bu matçda qalib müəyyənləşməyib. Almaniya çempionu “Bayer” səfərdə “Liverpul”a, İngiltərə çempionu “Mançester Siti” isə “Sportinq”ə məğlub olub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr
PSV (Niderland) – “Jirona” (İspaniya) 4:0
Qollar: Flaminqo, 16. Tillman, 33. Bakayoko, 83. Kreyçi, 88-öz qapısına.
“Slovan” (Slovakiya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 1:4
Qollar: Ştreleç, 5 – Şpikiç, 10. Suçiç, 30. Kulenoviç, 54; 72.
“Real” (İspaniya) – “Milan” (İtaliya) 1:3
Qollar: Vinisius, 23-pen – Tiav, 12. Morata, 39. Reynders, 73.
“Liverpul” (İngiltərə) – “Bayer” (Almaniya) 4:0
Qollar: L.Dias, 61; 83; 92. Qakpo, 63.
“Borussiya” (Dortmund, Almaniya) – “Şturm” (Avstriya) 1:0
Qol: Malen, 86.
“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) 4:1
Qollar: Dyokereş, 38; 49-pen; 81-pen. Arauxo, 46 – Foden, 4.
“Lill” (Fransa) – “Yuventus” (İtaliya) 1:1
Qollar: David, 27 – Vlahoviç, 60-pen.
“Seltik” (Şotlandiya) – “Leypsiq” (Almaniya) 3:1
Qollar: Kun, 35; 45+1. Hatate, 72 – Baumqartner, 23.
“Bolonya” (İtaliya) – “Monako” (Fransa) 0:1
Qol: Kehrer, 87.