Hindistan Olimpiya Assosiasiyası (IOA) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) 2036-cı ildə Yay Olimpiadasını keçirmək niyyəti barədə məlumat verib.

Qeyd olunur ki, oktyabrın 1-də qurum bu məsələ ilə bağlı BOK-a rəsmi məktub göndərib.

May ayında Hindistanın baş naziri Narendra Modi dünya səviyyəli əsas idman tədbirləri haqqında məlumat toplamaq üçün müşahidəçilər komandası formalaşdırmaqla ölkəni 2036-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyinə hazırlamaq istədiyini bildirmişdi.

Xatırladaq ki, Hindistandan əvvəl Meksika, İndoneziya və Polşa da 2036-cı il Olimpiadasına ev sahibliyi etmək üçün ərizə verib.

Shares: