Türkiyənin “Beşiktaş” klubunun Avropa Liqasının 5-ci turunda İsrail “Makkabi”si (Təl-Əviv) ilə oyunu Bakıda keçirilə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, UEFA Türkiyə və İsrail klubları arasında oynanılacaq bu qarşılaşmanın neytral meydanda keçirilməsinə qərar verib. Matçın keçirilməsi üçün əsas namizəd isə Bakıdır.

Lakin “Beşiktaş”ın mətbuat xidmətinin rəhbəri Cihangir Gökdoğan saytımıza açıqlamasında bu məsələnin dəqiqləşmədiyini bildirib: “Hələ ki, belə bir fikir və ya informasiya bizdə yoxdur”.

Qeyd edək ki, “Beşiktaş” – “Makkabi” matçı noyabrın 28-də baş tutacaq.

Shares: