İspaniyalı keçmiş tennisçi Felisiano Lopez həmyerlisi Rafael Nadalın vida turnirinə qatılmaq istəyənlərin çox olacağını bildirib. Nadalın karyerasının son yarışı noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək Devis Kubokunun final mərhələsi olacaq.

“Dünyada demək olar ki, hamı onunla vidalaşmaq istəyir. Novak Cokoviç gəlmək istədiyini söyləyib, Endi Marrey də eyni şeyi deyib.

Gördüyünüz kimi, onun dövründə oynamış bütün tennisçilər vidalaşmaq üçün turnirdə olmaq istəyirlər. İspaniyada və dünyada müxtəlif idman növlərindən olan digər idmançılar da tədbirin bir hissəsi olmaq arzusundadırlar. Əminəm ki, bu, onun üçün xüsusi bir an olacaq”, – deyə “Tennis365”ə müsahibəsində Lopez qeyd edib.

Shares: