“Neftçi” basketbol klubu baş məşqçisi Anar Sarıyevlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis Azərbaycanın U-18 basketbol millisinin baş məşqçisi və kişilərdən ibarət yığmamızın köməkçi məşqçisi kimi işlərinin çoxluğunu əsas gətirərək, öz qərarı ilə postunu tərk edib.
“Neftçi” İdman Klubu Anar Sarıyevə komandadakı fəaliyyətinə görə minnətdarlığını bildirib və ona gələcək işlərində uğurlar diləyib.