Çempionlar Liqasının 4-cü turu çərçivəsində dünən baş tutan oyunlardan sonra bəzi maraqlı statistikalar ortaya çıxıb.

Futbolinfo.az xəbər verir ki, “Real” son 15 ildə ilk dəfə ardıcıl 2 ev oyununda 3 və daha çox top buraxarq məğlub olub. Madridlilər daha öncə La Liqada “Barselona”ya 0:4 hesabı ilə yenilmişdi, dünən isə “Milan” 3:1-ə sevindi.

“Mançester Siti” də xoşagəlməz nəticə ilə üzləşdi. Liqa kubokunda “Tottenhem”ə, Premyer Liqada “Bornmut”a yenilən “şəhərlilər”, dünən də “Sportinq”ə məğlub oldu. Komanda sonuncu dəfə ardıcıl 3 matçda 2018-ci ildə yenilmişdi.

“Liverpul” son 12 oyundan 11-i qələbə ilə başa vurub. Yalnız “Arsenal” mersisaydlıları büdrədə bilib – 2:2.

“Jirona” bu mövsüm 4 avtoqola üzülüb. Bu, turnirin antirekordudur.

Shares: