“Barselona” Viktor Dyökereşin transferi üçün fəaliyyətə başlayıb. İspaniya nəhəngi “Sportinq”in isveçli hücumçusunu mövsümün sonunda heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Lissabon klubunda qolları sıralayan forvard bir sıra klubun diqqət mərkəzindədir. “Barselona” Portuqaliya təmsilçisi ilə erkən razılıq əldə etmək üçün tələsir. Katalonlar 70 milyon avro təklif etməklə istəklərinə nail olacaqlarına ümid edir.

Dünən “Mançester Siti”yə qarşı Çempionlar Liqası matçında het-trik edən Dyökereş “Sportinq”də 51 matça 53 qol vurmaqla diqqət çəkir. 26 yaşlı macar əsilli isveçlinin transfer dəyəri hər gün artır. İspaniya nəhəngi 2028-ci iln yayınadək müqaviləsi olan futbolçunu bu səbəbdən almağa çalışır.

Amma Viktorun başqa planları var. Komandanın baş məşqçisi Ruben Amorim “Mançester Yunayted”ə təyinat alıb. Hücumçu gələn yay məhz onun yanına getmək niyyətindədir.

Shares: