Endryu Robertson “Liverpul”da qalacaq. Mersisaydlılar cinah oyunçusu ilə yeni müqavilə imzalamaq qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, Şotlandiya yığmasının 30 yaşlı kapitanının mövcud anlaşması növbəti mövsümün sonunda bitəcək. “Liverpul” bu müddəti daha iki il uzatmaq niyyətindədir.
2014-cü ildən “Liverpul” forması geyən Robertson təklifə müsbət yanaşır.