Bu gün Misli Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Zirə” doğma meydanda “Araz-Naxçıvan”ı sınağa çəkib.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanı Rauf Cabbarov idarə edib. Qarşılaşma qonaq komandanın minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Misli Premyer Liqası
3-cü tur
6 noyabr
“Zirə” – “Araz-Naxçıvan” 0:1
Qol: Ürfan Abbasov, 49.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 24. Yusuf Laval, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 57. Elcan Məmməıdov, 21. Sezar Meza Kolli, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.