“Sumqayıt” qışda bir neçə oyunçunu yola salmağı planlaşdırır. Sabiq baş məşqçi Samir Abasovun istəyi ilə transfer edilən bəzi legionerlər komandadan ayrılacaq.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, klub prezidenti Riad Rəfiyev xüsuslə Nikola Vuynoviçdən narazıdır. Müvəqqəti baş məşqçi olan Vaqif Cavadovun güvənmədiyi monteneqrolu 27 yaşlı hücumçu yola salınacaq.

Futbolçunun “kimyaçılar”la yaya kimi müqaviləsi var. Amma klub rəhbərliyi mövsüm yarılanan kimi onunla anlaşmaya qarşılıqlı razılıq əsasında son verməyi düşünür.

Shares: