“Əl Hilal” rəhbərliyi Neymardan bezib. Braziliyalının ardıcıl zədələr üzündən komandaya kömək etməməsi hamının səbrini daşırıb.
Futbolinfo.az xəbər verir ki, Neymar ağır zədədən sonra ötən həftə meydanlara qayıtdı. Amma o, ilə ilk matçındaca növbəti dəfə zədələnərək sıradan çıxdı. “Əl Hilal” gəldiyi gündən indiyədək cəmi 7 matçda meydana çıxan hücumçunun statistikası aldığı məvaciblə üst-üstə düşmür. Elə bu səbəbdən onun adının qışda iştirak ərizəsindən çıxarılması nəzərdə tutulub.
32 yaşlı braziliyalı 2013-cü ilin avqustunda PSJ-dən 90 milyon avroya transfer olunub. Onun müqaviləsi bir il uzaltmaq şərti ilə 202-ci ilin yayınadəkdir. Səudiyyə Ərəbistanı klubu oyunçunu vaxtından əvvəl göndərdiyi üçün əlavə kompensasiya ödəməli olacaq.