PSJ “Arsenal”ın müdafiəçisinə elçi düşüb. Fransa klubu VilyamSalibanı transfer etmək istəyir.

Futbolinfo.az xəbər verir ki, parislilər mərkəz müdafiəçisi üçün 95 milyon avroluq təklif göndərib. Onlar Fransa yığmasının üzvünü qışda, ən geci mövsüm bitən kimi heyətinə qatmaq niyyətindədir. Amma “Real”ın da istədiyi Saliba klubunu dəyişməyə tələsmir. “Arsenal” da yeni müqavilə bağlayaraq onu düşərgədə saxlamaq niyyətindədir.

“Arsenal”ın 2019-cu ildə “Sent Etyenn”dən 30 milyon avroya aldığı müdafiəçi ilə 2027-ci ilin yayınadək müqaviləsi var. 23 yaşlı oyunçu “Nitsa” və Marsel “Olimpik”ində icarədə olub, iki ildir londonluların əsas heyətinin dəyişməz üzvüdür.

Shares: