16-cı dünya çempionu, dünya reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen şahmat tacı uğrunda qarşıdakı görüş ərəfəsində hazırkı dünya çempionu çinli Dinq Lijenin vəziyyətinə münasibət bildirib.

“Düşünürəm ki, insanlar dünya çempionluğu yarışının çətin sınaq olduğunu başa düşürlər. Çoxları üçün oynamaq və sonra bərpa olmaq xüsusilə çətindir. Düşünürəm ki, Dinq Lijen xeyli vaxt keçməsinə baxmayaraq, əvvəlki matçdan hələ tam özünə gələ bilməyib. Ona kömək edəcək yeganə şey növbəti matçda qələbə qazanmaqdır. Din bir qədər həddindən artıq etibarlı oynamağa çalışır.

Mən bu barədə Dinlə danışmamışam, çünki onun məsləhətə ehtiyacı yoxdur. Amma məndən soruşsaydı, ona yaxşı məsləhət verərdim. Onun yerində olsaydım, son bir neçə ildə baş verənlərin heç bir əhəmiyyəti olmadığını düşünməyə çalışardım.  Qukeş Dommaraju çox güclü oyunçudur, lakin Dinin rəqibinə şans verməmək üçün kifayət qədər təcrübəsi yoxdur”, – deyə  Karlsen bildirib.

Xatırladaq ki, dünya çempionluğu titulu uğrunda matç noyabrın 20-dən dekabrın 15-dək Sinqapurda “Resorts World Sentosa”da keçiriləcək.

Shares: