BOK-un prezidenti vəzifəsinə namizəd, Dünya AtletikaBirliyinin rəhbəri britaniyalı Sebastyan Kou Olimpiya Oyunlarında pul mükafatlarının tətbiq edilə biləcəyindən danışıb.
“Mükafat yeni bir anlayış deyil, o, əvvəllər də müzakirə olunub, indi isə getdikcə daha çox əhəmiyyət kəsb edir. Dünya dəyişir. İdmançılar bu dəyişən dünyanın mərkəzidir. Onlar həyatlarının böyük hissəsini Olimpiadalarda uğurun qazanılmasına həsr edirlər. İnanmıram ki, mükafat məbləği elitar idmançıların həyatlarını kəskin şəkildə dəyişəcək, lakin bu, müəyyən qədər onların fədakarlıqlarının qarşılığını verəcək. Mən tam əminəm ki, beynəlxalq federasiyalar idman növlərinin inkişafına da vəsait yatırılmalıdır. Bu gün dünya atletikasının gəlirlərinin ən böyük hissəsi bizim inkişaf proqramlarımıza sərf olunur. Bu, dəyişməyəcək. Atletika növünün idmançıları üçün olimpiya mükafatlarının verilməsi ilə bağlı son qərar haqqında düşünürdüm. Mən bilirəm ki, yayımlar, reklamlar və bilet satışı vasitəsilə Olimpiya hərəkatı üçün gəlir əldə edilir. Bunu etiraf etmək lazımdır”, – Koe “Sportsin”dən sitat gətirib.
Xatırladaq ki, BOK-un rəhbəri vəzifəsinə namizədlərin siyahısına Sebastyan Kou, Xuan Antonio Samaranç (oğul), Kirsti Koventri, Morinari Vatanabe, David Lapartyan, Yohan Elias və Faysal Əl-Hüseyn daxil olub. BOK prezidenti seçkiləri 2025-ci ilin martında keçiriləcək.