Sabah Misli Premyer Liqasında 13-cü tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, üç gün ərzində baş tutacaq görüşləri bəzi futbolçular buraxmalı olacaq. Onlardan 4-ü cəza səbəbindən komandasına kömək edə bilməyəcək.

Sabah turun açılış matçında “Şamaxı”nı qəbul edəcək “Neftçi”də yarımmüdafiəçi Emil Səfərov məşqçilər korpusunun sərəncamında olmayacaq.

“Sabah” – “Kəpəz” oyununda hər komandadan bir nəfər iştirak etməyəcək. Bakılıların aparıcı hücumçusu Coy-Lens Mikels və gəncəlilərin üzvü Əli Səmədov cəzalıdır. “Araz-Naxçıvan”da isə Vanderson Melo “Sumqayıt”la qarşılaşmanın iştirak ərizəsində yer almayacaq.

Adıçəkilən 4 futbolçunun hər biri 4 sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

Shares: