İspaniyanın “Barselona” klubu mövsümün əvvəlində vurulan qolların sayına görə rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, bu, Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Serbiya təmsilçisi “Srvena Zvezda” ilə oyunda (5:2) reallaşıb.
Komanda 2024/2025 mövsümündə keçirdiyi 16 matçda ümumilikdə 55 qol vurub. Bu isə klub üçün rekord göstərici olub. “Barselona” heç vaxt mövsümün əvvəlində bu qədər qol vurmayıb.
Hansi Flikin baş məşqçisi olduğu komanda hazırda İspaniya La Liqasında 33 xalla birinci pillədə yer alıb. Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində isə “Barselona” 4 oyundan sonra 9 xalla altıncı yerdə qərarlaşıb.