AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının III turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununda baş verən neqativ hallar müzakirə olunub.

6 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimələnib.

Qeyd edək ki, görüş “Araz-Naxçıvan”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: