AFFA İntizam Komitəsi U-17 Liqasında qeydə alınmış pozuntulara hüquqi qiymət verib.
Futbolinfo.az xəbər verir ki, komitə “Səbail” – “Sabah” oyununda yaşanmış dava-dalaşa görə cəzaları açıqlayıb.
“Səbail”in futbolçusu Əli Quliyev 87-ci dəqiqədə rəqibi təhqir etdiyinə 3 oyunluq cəzalanıb. Onun komanda yoldaşı Əli Əliyev isə həmin dəqiqədə rəqibi əllə vurmağa cəhd edib ki, buna görə, 2 matçlıq diksvalifikasiyaya məruz qalıb.
“Sabah”ın da bir üzvünə ağır sanksiya tətbiq olunub. Akif Allahverdiyev rəqibi vurduğuna və təhqir etdiyinə görə qarşıdakı 4 oyunu buraxmalı olacaq.