Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Futbolinfo.az xəbər verir ki, Polşada keçiriləcək çempionatda ev sahibləri ilə yanaşı Azərbaycan Latviya, Gürcüstan, Ukrayna, Litva və Estoniya mübarizə aparacaq.

B qrupunda yer alan millimizin rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.

Qeyd edək ki, yarış AÇ-2025-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Yarış noyabrın 20-dən 23-dək davam edəcək.

Shares: