Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Viktor Dyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə Luis Dias (“Liverpul”) ikinci, Nikolas-Herrit Kyun (“Seltik”) üçüncü yeri tutub.

Dyökereş Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Mançester Siti”yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.

Shares: