Futbol üzrə Azərbaycan 1-ci Liqasında maraqlı hadisə yaşanıb. Bu gün 7-ci tur çərçivəsində keçirilən “Karvan” – “Cəbrayıl” matçında maraqlı evlilik təklifi edilib.
Futbolinfo.az xəbər verir ki, Yevlax stadionunun tribunasında “Səbinə, Oqtayla evlənərsən?..” yazılmış plakat açılıb.
Əldə etdiyimiz bilgiyə görə, bu, “Karvan”ın U-13 komandasının baş məşqçisi Oqtay Əliyevin istəyi ilə reallaşıb. O, seçdiyi xanıma evlilik təklifini belə çatdırıb.