“Qarabağ”ın futbolçusu Toral Bayramovun Norveçdə “Bodo Qlimt”ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı adına namizəddir.

Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Liqa mərhələsinin 4-cü turunda digər namizədlər Almaniyanın “Ayntraxt” (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi “Ludoqorets”dən Erik Markus və Türkiyənin “Qalatasaray” kollektivindən Yunus Akgündür.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. “Qarabağ” Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Shares: