Basketbol üzrə Avroliqa turnirində 8-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, əsas gözlənilməz nəticə Madrid “Real”ının növbəti məğlubiyyəti olub.

İspaniya nəhəngi İtaliyada Milan komandasına uduzub – 85:76.

Mövsümə uğurla başlayan “Bayern” və “Jalgiris” Münxendə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 77:74.

Digər alman komandası “Alba” Belqradda növbəti məğlubiyyətilə üzləşib – 92:71. Turnirin debütantı “Paris” isə Serbiyanın digər komandası “Partizan”a qalib gəlib – 74:71.

Turun qalan 5 oyunu bu gün baş tutacaq.

Shares: