“Los-Anceles Leykers”ın müdafiəçisi Bronni Ceyms uşaqlıq dövründəki sevimli idmançısı ilə bağlı sualı cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, LeBron Ceymsin oğlunun ən sevimli idmançısı braziliyalı futbolçu Neymardır.
“Mənim sevimli idmançım Neymar idi. Bir çox başqa oyunçular onun saçını və hərəkətlərini nüsxələyirdilər”, – deyə Bronni “Kişi Sağlamlığı” YouTube kanalında bildirib.
Bronni Los-Anceles komandası tərəfindən son draftda 55-ci nömrə ilə seçilib. Bəzi oyunlarda bir neçə dəqiqəliyinə meydançaya çıxmasına baxmayaraq komanda onu inkişaf etmək üçün G-Liqaya göndərir.