Formula 1-in baş direktoru Stefano Domenikali bir sıra Avropa mərhələlərinin rotasiyası planları haqqında danışıb. Bunun ilk növbədə Zandvoort və Spa-Frankorşampdakı yarışlara təsir edəcəyi gözlənilir.

“Çox yaxında biz Formula 1-in Avropa mərhələlərinin rotasiyası və bəzi digər yeni variantlarla bağlı xəbərləri paylaşacağıq. Təbii ki, bu məsələyə gecikmədən aydınlıq gətirəcəyik.

Bizim yeni avtodromlara güclü tələbatımız var. Seçimimiz sistem olaraq əldə edə biləcəyimiz iqtisadi faydalar, eləcə də biznesimizi daha da genişləndirmək üçün fayda verəcək potensialı gördüyümüz bazar arasında tarazlaşdırılacaq.

Mərhələlərin sayına gəlincə, 24 yarışı düzgün hesab edirik. Bizə gələn bütün təkliflər sadəcə olaraq, gələcəyimiz üçün ən yaxşı seçimi etmək imkanı verir”, – deyə Domenikali qeyd edib.

Shares: