İtaliyanın “Ferrari” komandası texnologiya nəhəngi IBM ilə “premium tərəfdaş” kimi çoxillik sponsorluq müqaviləsi bağladığını elan edib.

Müqavilə 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək və Lyuis Həmiltonun Maranello komandasına keçməsi ilə birlikdə yeni dövrə qədəm qoyulduğunu nümayiş etdirəcək.

“Biz dünyanın ən nüfuzlu texnologiya və konsaltinq şirkətlərindən biri olan IBM ilə əməkdaşlıq etməkdən qürur duyuruq.

Mükəmməlliyə can atmaq və fəaliyyət sahələrimizdə sərhədləri keçmək, həmçinin ən yüksək keyfiyyətə nail olmaq və qabaqcıl texnologiyaların tətbiqi üçün texnologiyalarımızı və biliklərimizi birləşdirmək istəyi iki şirkəti bir araya gətirib.

IBM də “Ferrari” kimi öz komandasını inkişaf etdirmək üçün istedadlı insanlar axtarır və buna görə də, Formula 1-in gənclər arasında həmişəkindən daha populyar olduğu bir vaxtda ideal tərəfdaşdır”, – deyə “Ferrari”nin kommersiya direktoru Lorenzo Corcetti bildirib.

Shares: