“Sumqayıt”ın futbolçusu Tresor Mossi Burundi millisinə dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində forma geyinmək şamsı qazanıb.
Mossi Malavi (14 noyabr) və Seneqal (19 noyabr) ilə oyunlar üçün yığmaya çağırılıb.
Mossi 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edir. O, cari mövsümdə “kimyaçılar”ın heyətində 10 rəsmi matçda forma geyinib.