“Son qarşılaşmaları nəzərə alsaq, “Neftçi” və “Şamaxı”ı son oyunlarda məğlub olublar. Buna görə də hər iki komandanın psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün qələbəyə ehtiyacı var. “Neftçi”nin evdə oynaması şanslarını daha da artırır. Lakin “Şamaxı” da hər zaman sürpriz etməyi bacarır. Üstünlük bakılıların tərəfində olsa da, heç-heçə daha real görünür”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Arif Əsədov deyib.

Millimizin sabiq məşqçisi Misli Premyer Liqasının 13-cü turunun digər matçlarına da toxunub. O, “Səbail” – “Turan Tovuz” görüşündə üstünlüyün qərb təmsilçisinin tərəfində olduğunu bildirib: “Səbail”də baş məşqçi istefasından sonra komandada bir az ruh enişi var. “Turan Tovuz”da isə tam əskinə, “Qarabağ”a qarşı yaxşı oyun göstərib, bərabərlikdən sonra ab-hava yüksəkdir. Üstünlük tovuzluların tərəfindədir, amma bəzən dəyişikliklər olan komandalarda psixoloji baxımdan rahatçılıq olmur və sürpriz qələbə qazana bilirlər”.

Əsədov “Sabah”ın xal itirmək limitinin qalmadığını düşünür: “Sabah” artıq mütləq qələbə qazanmalıdır ki, avrokuboka vəsiqə yarışından geri qalmasın. Üstəlik, evdə oynayırlar, şansları çoxdur. Lakin “Kəpəz” son oyunda qələbə qazanıb deyə, komanda daxili əhval-ruhiyyə yaxşıdır. Ona görə də matça bir az daha rahat çıxa bilərlər.  Buna baxmayaraq, “Sabah”ın qələbə qazanacağını düşünürəm”.

Həmsöhbətimiz “Sumqayıt” – “Araz-Naxçıvan” görüşündə naxçıvanlıları şanslı sayır: “Araz-Naxçıvan” artıq uzun müddətdir məğlubiyyətsizlik seriyasını davam edir. Futbolçularda ruh yüksəkliyi var. Oyun planında da irəliləyiş görünür. “Sumqayıt”da isə baş məşqçi dəyişikliyi olub və son 2 oyunda qələbə qazanıblar. Məncə, bu qarşılaşmada “Araz-Naxçıvan” üstün olacaq”.

Mütəxəssis “Qarabağ” – “Zirə” qarşılaşmasını turun mərkəzi oyunu adlandırıb: “Ağdam təmsilçisi dünən Avropa Liqasında qazandığı qələbədən sonra əhvalı yerinə gəlib. Təbii ki, yorğunluq da olacaq. Lakin heyətdə rotasiya gözlənilir. “Zirə” isə 2 gün öncə evdə “Araz-Naxçıvan”a məğlub olub. Bu görüşdə heç-heçə belə onlara xeyirdi. Ona görə də şansları bərabər sayıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: