“Mançester Siti” İngiltərə Premyer Liqasının XI turunda “Brayton”a məğlub olub və bu, “şəhərlilər”in bütün turnirlərdə ardıcıl 4- cü uğursuz nəticəsi olub.
Xosep Qvardiolanın yetirmələri daha əvvəl Çempionlar Liqasında Portuqaliya “Sportinq”inə (1:4), İngiltərə çempionatında “Bornmut”a (1:2) və İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2) yenilmişdilər.
“Mançester Siti” ilə belə hadisə 2006-cı ildən bəri baş verməmişdi. Bundan başqa, Qvardiola məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 matçda məğlub olub.
“Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 11 matçdan sonra 23 xalla ikinci yerdədir. Vahid lider isə 28 xalla “Liverpul”dur.