Qadınlarda yekun turnirin qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən turnirin finalında Kori Qauff ilə Jen Ginqven qarşılaşıb.

Kori Qauff dünyanın yeddinci raketkasi, çinli tennisçini 3:6, 6:4, 7:6 (7:2) hesabı ilə məğlub edərək titulu qazanıb.

Dünya reytinqinin üçüncü raketkası, 20 yaşlı amerikalı tennisçi 2004-cü ildən bəri WTA Final Turnirini qazanan ən gənc idmançı olub. O zaman bu titulu 17 yaşlı rusiyalı Mariya Şarapova qazanmışdı.

Shares: