Peşəkar Tennisçilər Assosiasiyası (ATP) indiyə qədər dünya reytinq cədvəlinə başçılıq etmiş 29 oyunçudan ibarət qrupu birləşdirəcək “ATP №1 Klubu”nun yaradılmasını elan edib.

Təşkilatın bildirdiyinə görə, klub 2025-ci ildə öz xüsusi üslubunu təqdim edəcək.

Klub üzvləri isə müxtəlif tədbirlərə dəvətlər, tanıtım imkanları və digər vacib mərasimlər də daxil olmaqla eksklüziv üstünlüklər əldə edəcəklər. Turində başlayacaq Final çempionatında yeni klubun yaradılmasına həsr olunmuş xüsusi tədbir təşkil ediləcək. Həmin tədbirdə 29 oyunçunun hamısı rəsmi olaraq mükafatlandırılacaq.

Xatırladaq ki, ATP Final çempionatı noyabrın 17-dək davam edəcək.

Shares: