“Mercedes” komandasının rəhbəri Toto Volf “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiolanın məsləhətinin ona yeddiqat dünya çempionu Lyuis Həmiltonun gedişi ilə bağlı vəziyyəti anlamağa necə kömək etdiyindən danışıb.

“Heç vaxt yadımdan çıxmayacaq fikri budur: “Əgər kimsə getməyə qərar verirsə, onu buraxmalısan”. Qvardioladan eşitdiyim bu fikir çoxdankı söhbətimiz zamanı olmudşu:
— Xosep, bu və ya digər futbolçu komandadan getmək istəsə, nə edəcəksən?

  • “Edəcəksən” deyəndə nəyi nəzərdə tutursan?
  • Yaxşı, başqa cür soruşum, futbolçunu qalmağa inandırmağa çalışacaqsınız?
  • Xeyr. Əgər kimsə başqa yerdə daha yaxşı oynaya biləcəyini və ya daha çox qazana biləcəyini düşünürsə, o zaman onu buraxmaq lazımdır.

İndiki vəziyyətdə də qəbul etdiyim budur. Əgər kimsə ayrılmaq istəyirsə, o zaman gəlin bunu tərəflərin hər biri üçün mümkün qədər yaxşı edək”, – deyə Volf bildirib.
Xatırladaq ki, 2025-ci ildə Lyuis Həmilton “Ferrari” komandasında çıxış edəcək.

Shares: