Argentina millisinin futbolçusu Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ABŞ-nin MLS çempionatında mübarizəni dayandırıb.

Futbolinfo.az xəbər verir ki, komanda pley-offda “Atlanta Yunayted” ilə üz-üzə gəlib.

Tərəflər arasındakı üçüncü oyunda “İnter Mayami” rəqibinə 2:3 hesabı ilə uduzub.

Messi 65-ci dəqiqədə fərqlənsə də, məğlubiyyətdən qaça bilməyiblər.

Pley-offun əvvəlki iki qarşılaşmasında komandaların hər biri 2:1 hesabı ilə qalib gəlib. “İnter Mayami” MLS-in müntəzəm mövsümündə 74 xalla birinci olmuşdu.

Shares: