Albaniya çempionatında 13-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millsinin üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” öz meydanında “Vlajniya” ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Zamiq Əliyev bu oyunda ehtiyatda qalıb.
“Eqnatiya” 13 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.