Rusiya Federasiyası İdman Nazirliyinin sərəncamına əsasən, gimnast Lalə Kramarenko ölkənin əməkdar idman ustası adına layiq görülüb.

19 yaşlı rusiyalı komanda yarışlarında 2021-ci ildə Avropa çempionu olub.

Kramarenko Dünya Kubokunun gümüş və iki dəfə bürünc mükafatçısıdır. O, 2020-ci il Rusiya çempionatında çoxnövçülükdə gümüş medal qazanıb.

Xatırladaq ki, Lalə Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.

Shares: