Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Futbolinfo.az xəbər verir ki, millimizin futbolçusu Rüstəm Əhmədzadə klubu “Zirə”nin heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.
Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.
Millimiz UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə səfərdə İsveç seçməsi ilə qarşılaşacaq.