Ruben Amorim bu gündən etibarən “Mançester Yunayted”ə rəhbərlik edəcək. Bir müddət öncə istefaya göndərilən Erik ten Haqı əvəzləyəcək mütəxəssis bağladığı müqaviləyə əsasən klub yarışlarında fasilənin başldaığı andan etibarən İngiltərədə olacaq.

Gənc mütəxəssis 11 milyon avro təzminat qarşılığında vidalaşdığı “Sportinq”lə dünən son oyununu keçirib. Lissabon təmsilçisi səfərdə “Braqa” üzərində 4:2 hesablı qələbə qazanıb.

Ötən mövsüm Amorimin rəhbərliyi altında Portuqaliya çempionu olan “Sportinq” indi də 33 xalla çempionatda liderdir.

Shares: