Daha bir ulduz futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Rayan Babel 37 yaşında futbola vida edib.
Futbolinfo.az xəbər verir ki, niderlandlı yarımmüdafəçi yeni klub tapa bilməyib. O, yaxşı təklif alacağı təqdirdə daha br mövsüm karyerasına davam etmək istəyirdi. Amma MLS və ərəb klublarından aldığı dəvətlər ürəyincə olmayıb və butslarını birdəfəlik çıxarıb.
“Ayaks” və “Liverpul”da parlayan, bir çox klubda forma geyən Babel “Beşiktaş” və “Qalatasaray”da da yaddaqalan oyun nümayiş etdirmişdi. Niderland millisnin üzvü son olaraq “Eyupspor”da çıxış edib.