“Roma” baş məşqçi postunu tapşıracağı yeni mütəxəssisi tapıb. Tezliklə bu vəzifə Roberto Mançiniyə tapşırıla bilər. Qərar yaxın günlərdə veriləcək.
Futbolinfo.az xəbər verir ki, bu mövsüm Daniele de Rossini İvan Yuriçlə əvəz edən paytaxt klubu dünən onunla da yolları ayırdı. 13 xalla A Seriyasında 12-ci pillədə olan təcrübəli mütəxəssis fəaliyyətinin 2-ci ayı tamam olmadan istefaya göndərildi.
Mançini isə az öncə Səudiyyə Ərəbistanı millisindən qovulub. İtaliya yığmasının sabiq baş məşqçisi daha öncə vətənində “Fiorentina”, “Latsio” və iki dəfə “İnter”i çalışdırıb. “Mançester Siti”, “Zenit” və “Qalatasaray”da da işləmiş 59 yaşlı Roberto 6 ildən sonra klub futboluna qayıdır.