İtaliyada tennis üzrə ilin yekun turnirinin ilk oyunları keçirilib. Turində təşkil edilən turnirin ilk oyun günündə eyni nəticələr qeydə alınıb.

Əvvəlcə korta Daniil Medvedevlə Teylor Frits çıxıb. ABŞ-li tennisçi çətinlik çəkmədən iki setdə qələbə qazanıb – 6:3, 6:4.

Ardınca yerli publikanın səbrlə gözlədiyi oyun başlayıb. Yannik Sinner doğma azarkeşləri qarşısında Aleks De Minoru ardıcıl 8-ci dəfə məğlubiyyətə uğradıb – 6:4, 6:3.

Bu gün turnirdə digər qrupun iki oyunu keçiriləcək. Əvvəlcə korta Alkarasla Ruud, ardınca isə Zverevlə Rublyov çıxacaqlar.

Shares: