İtaliyada başlayan tennis üzrə ilin yekun turnirində kifayət qədər tanınmış şəxslər var. Onların əksəriyyəti oyunu canlı olaraq tribunalardan izləyirlər.
Dünən start günündə keçirilən Sinner – De Minor oyununda da tanınmış simalar olub. Onlardan birini operatorlar iri ekranda göstəriblər. İtaliya Jasmin Paolinini ekranda görən tamaşaçılar sevimli tennisçilərini coşqu ilə qarşılayıblar.
Xatırladaq ki, Paolini bu il iki “Böyük dəbilqə” turnirində finala yüksəlib. Bundan başqa o, Sara Errani ilə duetdə Olimpiadanın qızıl medalını qazanıb.