Milli Basketbol Assosasiyasının “Los Anceles Leykers” – “Toronto Reptors” qarşılaşması əlamətdar hadisə ilə yadda qalıb. Lebron Ceyms çox nadir göstəricilərdən birinə imza atıb.

Ceyms meydançada ümumilikdə 35 dəqiqə keçirərək, 19 xal (14-dən 6-sı meydançadan, 7-si sərbəst atış) toplayıb, 16 məhsuldar ötürmə verib və 10 ribaund edib. Görüşün sonunda forvardın faydalılıq göstəricisi “+13” olub.

Beləliklə, Lebron Ceyms MBA tarixində ardıcıl iki oyunda tripl-dabl edən ən yaşlı oyunçu olub. Ceymsin ay yarımdan sonra 40 yaşı tamam olacaq. Bundan əvvəl o, “Filadelfiya” ilə matçda 21 xal, 13 asist və 12 ribaundla yadda qalmışdı.

456c3b9a 25b2 45b7 8325 2239c8be1acb - Futbolinfo.az
Shares: